SON DƏQİQƏ

Sumqayıt və Bakı sakinlərinin nəzərinə

Tarix:

22-09-2021, 16:17

/ 4 317 dəfə oxundu.
Sumqayıt və Bakı sakinlərinin nəzərinə

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: "Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə "20 yanvar" istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur".

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər