SON DƏQİQƏ

Ümrə ziyarəti hansı qaydalarla olacaq?

Tarix:

9-08-2021, 18:27

/ 4 435 dəfə oxundu.
Ümrə ziyarəti hansı qaydalarla olacaq?

Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi Ümrə ziyarəti ilə bağlı şərtləri açıqlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, hazırda Ümrə ziyarəti üçün qoyulan şərtlər idarə tərəfindən müzakirə edilir. Bildirilib ki, ziyarət üçün şərtlər pandemiya qaydalarına uyğundur

Ümrə ziyarətinə 18 yaşdan yuxarı olan və koronavirusa qarşı peyvənd olunmuş şəxslər gedə bilərlər. Ümrə ziyarəti üçün Pfizer, AstraZeneca, Moderna, Johnson&Johnson vaksinləri keçərlidir. Lakin gələcəkdə Sinovac və Sinopharm vaksinlərinin də keçərli olması nəzərə alına bilər. Eyni zamanda Ümrə ziyarətinə gedənlər Səudiyyə Ərəbistanında test verəcəklər və cavab neqativ çıxdığı halda ziyarətə icazə veriləcək.

QMİ-dən bildirilib ki, bütün bu şərtlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.

скачать dle 12.1

Şərhlər