SON DƏQİQƏ
» » Nazir "İnfiniti"yə görə iki polis rəisini işdən qovdu

Nazir "İnfiniti"yə görə iki polis rəisini işdən qovdu

Tarix:

3-08-2021, 21:45

/ 1 338 dəfə oxundu.
Nazir "İnfiniti"yə görə iki polis rəisini işdən qovdu

Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı təsdiqləyib.

Qeyd edək ki, Nərimanov ərazisində yerləşən "İnfiniti" və "Ekstra" gecə klublarının qadağan olunmasına baxmayaraq, gecə saatlarında da işlədiyi, o cümlədən qəlyan verdiyi məlumatı yayılan kimi "İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs edildilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ