
Azərbaycanda boşanma üçün müraciət edənlərin əksəriyyəti rəsmi səbəb kimi xasiyyətlərinin uyğunsuzluğunu göstərsələr də, real səbəbi gizlədirlər".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.
Onun sözlərinə görə, real səbəblər sırasında sonsuzluq, alkoqol içkilərə və narkotik maddələrə aludəçilik, bir-birinə psixoloji təsirlərin göstərilməsi və s. kimi məsələlər var.
E.Səfərov qeyd edib ki, hazırda Azərbaycanda ailələr arasında sonsuzluq probleminin müşahidə olunması çox aktualdır. Övladları olmayan ailələr uşaq himayəyə götürmək istəmədikdə boşanma üçün müraciət edirlər.
Komitə rəsmisi hesab edir ki, boşanmaların əsas səbəbləri həm də nikaha daxil olanlarda məsuliyyət hissinin olmaması, ailədə psixi və fiziki zorakılıqların edilməsi, müəyyən məhdudiyyətlərin tətbiqidir.
Onun fikrincə, iqtisadi çətinliklər ailələrin dağılması üçün əsas problemlərdən sayıla bilsə də, Azərbaycanda bu məsələ boşanma səbəbini göstərən ilk beşliyə daxil deyil. Çünki 1990-cı illərdə Azərbaycanda iqtisadi çətinliklərin daha çox olmasına baxmayaraq, ölkədə müharibə aparıldığı halda boşanma hallarının sayı az olub.
скачать dle 12.1


























