SON DƏQİQƏ

Türkiyə sərhədlərini bağlayır?

Tarix:21-07-2021, 14:07 Oxunub:4 039

Türkiyənin Rusiyadakı səfirliyi koronavirusun "Delta" ştamının sürətlə yayılması səbəbiylə xarici turistlər üçün sərhədlərin bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.

Səfirlik bu barədə "RİA Novosti"nin sorğusuna cavabında bildirib.

"Bir sıra Rusiya KİV-ləri COVID-19-un "Delta" variantının yayılması səbəbindən xarici turistlər üçün Türkiyə sərhədlərinin bağlanması ilə bağlı xəbərlər yayımladı. Bu məlumat Türkiyənin Mədəniyyət və Turizm nazirimin müsahibəsinə istinadən yayımlandı. Ancaq bu, doğru deyil. Hörmətli Mehmet Nuri Ersoy çıxışı zamanı belə açıqlamalar verməyib", - səfirliyin məlumatında qeyd edilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də bildirib ki, bu qərarın verilməsi nazirliyin səlahiyyətində deyil və ölkənin Səhiyyə Nazirliyi vəziyyətin ciddi şəkildə pisləşməsi halında belə bir tövsiyə verə bilər: "Bu qərar nazirliyimizin səlahiyyətlərinə aid deyil. Epidemioloji vəziyyətin qiymətləndirilməsi davamlı olaraq aparılır və vəziyyət ciddi şəkildə pisləşərsə, Türkiyə Səhiyyə Nazirliyinin elmi şurası tövsiyələrini təqdim edəcək və əlaqədar şöbələr qərar qəbul edəcək . Nazirin sözləri bu buna işarədir".

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy "CNN Türk" telekanalının efirində Türkiyədə "Delta" ştamının yayılması səbəbindən sərhədlərin bu mövsüm bağlanma ehtimalının olduğunu açıqlamışdı.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<