SON DƏQİQƏ

Delta-plus Azərbaycanda var?

Tarix:

30-06-2021, 13:20

/ 4 099 dəfə oxundu.
Delta-plus Azərbaycanda var?

Koronavirusun delta-plus variantı Hindistan ştammının mutasiyaya uğraması ilə əmələ gəldi. Digər mutasiyaya uğramış viruslardan fərqli olaraq, bu variant iki dəfə mutasiyaya uğradığı üçün yoluxuculuq xüsusiyyəti digər virus variantlarından iki dəfə yüksəkdir.

Bu sözləri infeksionist Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, mutasiyasının ilkin simptomları burunun axması, boğaz ağrısı, baş ağrısıdır:

"Koronavirusun delta-plus variantının müayinə üsulu da COVİD-19 infeksiyasının diaqnostikası ilə eynilik təşkil edir. Virusun delta-plus variantı üzərində aparılan təhlillər göstərir ki, onun ilkin simptomları COVİD-19-la müqayisədə bir qədər fərqlidir. COVİD-19-da hərarət, baş ağrısı, halsızlıq olurdu, delta ştammında burun axması, boğaz ağrısı, baş ağrısı daha çox müşahidə edilir. COVİD-19 virusuna yoluxub sağalan insanlarda yaranan anticisimlər delta-plusa qarşı da immunitetin olması deməkdir. Lakin bu immunitetin nə qədər güclü və davamlı olduğu hər bir orqanizmin fərdi xüsusiyyətindən asılıdır”.

İnfeksionist qeyd edib ki, virusun Azərbaycana gəlməsi də mümkündür:

"Çünki ölkəmizin ətrafında bu virus artıq yayılmağa başlayıb. Gec-tez bu virus bizdə də aşkar ediləcək. Yay fəslidir, hər kəs istirahət məqsədilə səyahət edir. Ölkəmizə turistlər, qonaqlar gəlir. Bir sözlə, yerüstü hava nəqliyyatı işlədiyi üçün virusun ölkəmizdə aşkarlanması mümkündür”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ