SON DƏQİQƏ
» » Çağırışçıların bölgüsü ilə bağlı MN-dən açıqlama

Çağırışçıların bölgüsü ilə bağlı MN-dən açıqlama

Tarix:

28-06-2021, 20:02

/ 4 339 dəfə oxundu.
Çağırışçıların bölgüsü ilə bağlı MN-dən açıqlama

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya "2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.

скачать dle 12.1

Şərhlər