SON DƏQİQƏ
» » Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırıldı

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırıldı

Tarix:

26-06-2021, 13:52

/ 4 250 dəfə oxundu.
Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırıldı

Azərbaycan Respublikasında 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.

SHXÇDX-dən verilən məlumata görə, çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ