SON DƏQİQƏ
» » Azərin aparıcıya irad tutdu, "Azəri deməyin"-VİDEO

Azərin aparıcıya irad tutdu, "Azəri deməyin"-VİDEO

Tarix:

2-01-2020, 22:36

/ 3 074 dəfə oxundu.
Azərin aparıcıya irad tutdu, "Azəri deməyin"-VİDEO

Hazırda Türkiyədə yaşayan Xalq artisti Azərin məşhur aparıcı Okan Bayülgenin “Muhabbet Kralı” verilişində qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, Bayülgen veriliş zamanı “Azəri dili” ifadəsini işlədib. Azərin isə Bayülgenə irad tutaraq “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” deyə bildirib.

Bundan sonra aparıcı Xalq artistindən Azərbaycan türkcəsi birləşməsinin haradan qaynaqlandığını öyrənmək istədiyini qeyd edib.

Azərin isə tarixçəmizi qısaca belə izah edib: “Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin- təkcə Stalin deməyəcəm, bu, imperializmin, ingilis qüvvəsinin bizi idarə və bölmək üçün istifadə etdiyi üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən. Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi biri-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ