SON DƏQİQƏ
» » “FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı oldu

“FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı oldu

Tarix:

3-09-2018, 12:39

/ 10 384 dəfə oxundu.
“FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı oldu

“Azəri Ekspress” şirkəti “FedEx Express”in Azərbaycanda yeni xidmət təminatçısı olub.

GunAz.az oxu.az -a istinadən xəbər verir ki, şirkətlər arasında uzun müddətdir davam edən müzakirələrin nəticəsi olaraq razılaşma əldə edilib.

“Azəri Ekspress” 2018-ci ilin sentyabr ayının 1-dən “FedEx Express”in xidmət təminatçısı olub.

Məlumatı dəqiqləşdirmək məqsədilə müraciət etdiyimiz “Azəri Ekspress” şirkətinin direktoru Şaiq Qəribzadə belə bir qərarın mövcudluğunu təsdiqləyib.

S.Qəribzadənin sözlərinə görə, “FedEx Express”in ölkədəki yeganə xidmət təminatçısı kimi “Azəri Ekspress” şirkətini təyin edilməsi mövcud əməliyyatların və gələcək bazar tələblərinin qiymətləndirilməsinə əsaslanaraq seçilib.

Xidmətlərə sentyabrın 1-dən başlanıb.

Qeyd edək ki, “Azəri Ekspress” şirkəti 1997-ci ildən həm də TNT şirkətinin nümayəndəsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ