SON DƏQİQƏ
» » Milli Məclis bu gün 38 məsələyə görə toplanır

Milli Məclis bu gün 38 məsələyə görə toplanır

Tarix:

31-10-2017, 09:48

/ 1 186 dəfə oxundu.
Milli Məclis bu gün 38 məsələyə görə toplanır

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə Əmək Məcəlləsinə, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Təhsil haqqında” və digər bir sıra qanunlara dəyişiklik olmaqla 38 məsələ daxil edilib.

İclasda həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi məsələsinə də baxılacaq.

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ