SON DƏQİQƏ

Bu istiqamətdə "BakuBus"dan istifadə pulsuzdur

Tarix:

5-06-2018, 16:20

/ 10 355 dəfə oxundu.
Bu istiqamətdə "BakuBus"dan istifadə pulsuzdur

Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.

Gunaz.az xəbər verir ki, bu barədə publika.az -a “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.

Vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək “BakuBus” avtobuslarından istifadə edə bilərlər.

скачать dle 12.1

Şərhlər