SON DƏQİQƏ
» » AzTA turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb

AzTA turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb

Tarix:

2-08-2019, 18:36

/ 1 276 dəfə oxundu.
AzTA turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb.

GunAz.az-ın AzTA-ya istinadən xəbər verir ki, Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.

"Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərkən daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik", - deyə N. Bağırov deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ