SON DƏQİQƏ
» » Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Tarix:

19-03-2019, 08:11

/ 10 197 dəfə oxundu.
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi birlikdə beynəlxalq statuslu bələdçilər hazırlayacaqlar.

GunAz.az xəbər verir ki, bu barədə Assosiasiyadan Trend-ə məlumat verilib.

Bildirilib ki, AzTA və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi hər iki ölkədə peşəkar, eləcə də beynəlxalq statuslu bələdçilərin hazırlanması barədə razılığa gəliblər.

Bu razılıq Assosiasiya sədri Nahid Bağırovun Özbəkistanın adıçəkilən mərkəzinin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.

Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunması məqsədi daşıyıb.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ