SON DƏQİQƏ

Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Tarix:

26-09-2017, 18:01

/ 927 dəfə oxundu.
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Sentyabrın 27-də Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə GUNAZ.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ