SON DƏQİQƏ

Həkimdən SOS: Körpənizi bundan qoruyun!

Tarix:

22-06-2019, 10:06

/ 1 900 dəfə oxundu.
Həkimdən SOS: Körpənizi bundan qoruyun!

Günəş işıqlarının insan orqanizminə müsbət təsirləri ilə bərabər mənfi tərəflərini, ələlxüsus körpə dərisinə mənfi təsirini bilməliyik. Buna görə 1 yaşdan az olan körpələrin birbaşa günəşlənməsi və gün kremlərindən istifadə edilməsi çox da tövsiyə edilmir.

GunAz.az xəbər verir ki, bu məsləhətlə pediatr Altay Abdullaoğlu çıxış edib. Pediatr qeyd edib ki, körpələrin dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər:

“Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaqları məsləhət görülür. Bu vaxt məsələsi bir çox mütəxəssislər tərəfindən mübahisəli olsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra günəşin batmasına qədər günəşlənmək tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar günəşlənərkən gün kremlərindən istifadə edə bilər”.

Həkim bildirib ki, uşaqların dərisi günəşin kanserogen təsirinə daha həssas olurlar:

“Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktoru olmasına diqqət yetirilməlidir”

N.SAFURA

скачать dle 12.1

Şərhlər