SON DƏQİQƏ

Yaranın müalicəsində yeni METOD: Sirkə

Tarix:

5-05-2018, 18:33

/ 10 475 dəfə oxundu.
Yaranın müalicəsində yeni METOD: Sirkə

Adətən sirkədən yeməklər və konservlər hazırlanmasında istifadə edirlər. Alimlər bu ərzağın istifadəsinin daha bir təyinatını tapıblar.

“The Deccan Chronicle” xəbər verir ki, sirkə turşusunun insan orqanizmi üçün iyirimidən çox patogen mikroorqanizmləri məhv edə biləcəyi məlum olub.

Gunaz.az “NEWS.ru” saytına istinadla xəbər verir ki, hər bir insanın həyatında zaman-zaman məişət travmaları olur. Məlum olduğu kimi, infeksiyaya məruz qalmış yaralar gec sağalır və sepsis, digər ciddi problemlərə səbəb olur. Yeni tədqiqatlar göstərib ki, sirkə yaranı bakteriyaların mənfi təsirindən qoruya bilər.

Sirkənin bu qoruyucu funksiyası onun tərkibindəki polifenol və melanoidinlərlə izah olunur. Mütəxəssislər qeyd edirlər ki, yaranın müalicəsi üçün sirkədən istifadə etməzdən əvvəl həkimdən məsləhət almaq lazımdır, çünki onun yüksək qatılığı dəriyə zərər verə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ