SON DƏQİQƏ
» » Millət vəkilindən açıqlama: Növbəti maaş artımları...

Millət vəkilindən açıqlama: Növbəti maaş artımları...

Tarix:

20-06-2019, 20:29

/ 1 904 dəfə oxundu.
Millət vəkilindən açıqlama: Növbəti maaş artımları...

Prezident İlham Əliyevin həyata keçirdiyi analoqu olmayan sosial siyasi xətt özündə xalqın rifahının yüksəldilməsini, güzəranının gündən-günə yaxşılaşdırılmasını ehtiva edir.

GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirən millət vəkili Hüseynbala Mirələmov deyib.

Millət vəkilinin sözlərinə görə, BMT-nin təsdiqlədiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan insan inkişafı indeksini yaxşılaşdırmaqla MDB məkanının lider dövlətlərindən birinə çevrilib.

Millət vəkili dövlət başçısının təqdim etdiyi yeni sosial paketin əhalinin çox böyük əksəriyyətini əhatə etdiyini bildirib:

“Növbəti maaş artımları yüzminlərlə insanın daha yaxşı yaşaması deməkdir. Bu sərəncamların imzalanması ilə onminlərlə ailəyə növbəti dəfə sevinc bəxş olundu. Sosial islahatların gündən-günə dərinləşməsi və dövlətimizin iqtisadi inkişafı fonunda artan maliyyə imkanlarının xalqımızın yüksək rifahının və xoş güzəranının təminatına istiqamətləndirilməsi dövlət başçısının verdiyi vədlərə dəqiqliklə əməl etməsinin bariz göstəricisidir”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ