SON DƏQİQƏ
» » Prezidentin bu siyasətinin alternativi yoxdur - Deputat

Prezidentin bu siyasətinin alternativi yoxdur - Deputat

Tarix:

19-06-2019, 13:33

/ 1 918 dəfə oxundu.
Prezidentin bu siyasətinin alternativi yoxdur - Deputat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək haqqını, dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarını nəzərəçarpacaq dərəcədə artırması çox təqdirəlayiq addımdır.

Bu sözləri GunAz.az-a Prezident İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirən millət vəkil Elman Nəsirov deyib. O qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin vətəndaş üçün olduğunu bir daha əyani şəkildə göstərir:

“Prezident İlham Əliyev sosial ədalət prinsiplərinin möhkəmlənməsi məqsədi ilə minimum əmək haqqı məbləğini 40 faizə yaxın artıraraq, 250 manata çatdırıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əmək haqqının artımına səbəb olacaq. Ümumiyyətlə, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar 2 milyondan çox insanı əhatə edir”.

Millət vəkili son illər prezidentin apardığı sosial-iqtisadi islahatların müsbət təsirindən bəhs edib:

“Son illər həyata keçirilən islahatlar və ölkənin imkanlarının genişlənməsi ilə sosial layihələrin həyata keçməsi Prezident İlham Əliyevin böyük strateji planlarından xəbər verir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün bir ildə iki böyük sosial paketin tətbiqi isə iqtisadi islahatların ən qısa müddətdə necə böyük bəhrə verməsinin əyani sübutudur. Həmçinin iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, ötən ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət-vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev əmək haqlarının artırılmasıyla bağlı 15 sərəncam imzalayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ