SON DƏQİQƏ
» » “Meşə qardaşları”nın axtarışda olan üzvünə hökm oxundu

“Meşə qardaşları”nın axtarışda olan üzvünə hökm oxundu

Tarix:

3-05-2019, 19:44

/ 246 dəfə oxundu.
“Meşə qardaşları”nın axtarışda olan üzvünə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

GunAz.az-ın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ə. Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki,  Əhməd Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan “Meşə qardaşları”nın  üzvü olub. 

Lakin o istintaqdan uzun müddət gizlənə bilib. Barəsində axtarış elan edilən Ə. Məhərrəmov bu il saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ