SON DƏQİQƏ
» » İŞİD-də döyüşməyə çağırış edən azərbaycanlılar cəzalandırıldı

İŞİD-də döyüşməyə çağırış edən azərbaycanlılar cəzalandırıldı

Tarix:

7-12-2018, 19:09

/ 10 317 dəfə oxundu.
İŞİD-də döyüşməyə çağırış edən azərbaycanlılar cəzalandırıldı

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GunAz.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Emin Quliyev 13 il, Asim Baxışov və Teyfur Əliverdiyevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər.

Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbacanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ