SON DƏQİQƏ

Terrorçuya 10 il cəza verildi – HÖKM

Tarix:

22-02-2017, 19:44

/ 3 029 dəfə oxundu.
Terrorçuya 10 il cəza verildi – HÖKM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 
Ramin Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Ramin Xanmuradovun 14 il həbs cəzasına məhkum olunmasını istəyib. 
İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ