SON DƏQİQƏ
» » Çin artıq sərhədlərinə sığmır - Pentaqondan xəbərdarlıq

Çin artıq sərhədlərinə sığmır - Pentaqondan xəbərdarlıq

Tarix:

3-05-2019, 13:17

/ 225 dəfə oxundu.
Çin artıq sərhədlərinə sığmır - Pentaqondan xəbərdarlıq

Çin dünyadakı hərbi mövcudluğunu xaricdə yeni hərbi bazalar qurmaqla genişləndirmək istəyir.

GunAz.az xəbər verir ki, bu, ABŞ Müdafiə Nazirliyinin Konqresə Çinin hərbi siyasətiylə bağlı təqdim etdiyi illik hesabatda yer alıb. Hesabata əsasən, Çin bu addımı özünün “Bir qurşaq, bir yol” proqramı çərçivəsində yatrıdığı invesitisiyaların qorunması üçün atır.

“Çinin “Bir qurşaq, bir yol” kimi layihələri gerçəkləşdirməsi onun xaricdəki hərbi bazalar şəbəkəsini genişləndirməsinə gətirib çıxaracaq. Pekin anlayır ki, bu proqram çərçivəsindəki layihə təhlükəsizliyinin təminatı üçün bu, çox önəmlidir. Çin çalışacaq ki, hərbi bazalarını tarixi dostluq əlaqələri və oxşar strateji maraqları olan ölkələrdə yerləşdirsin. Belə ölkələrdən biri Pakistan ola bilər”, – hesabatda bildirilib.

Hesabatda Çinin rəsmi şəkildə elan etdiyi hərbi xərclərinin əslində reallığı əks etdirmədiyi və onun bilərəkdən az göstərildiyi də qeyd edilib. Belə ki, 2018-ci ildə Çin hərbi xərclərinin 176 milyard dollar olduğunu qeyd etsə də, əslində hərbi məqsədləri üçün 200 milyard dollar xərcləyib.

Pentaqon 2022-ci ilə qədər Çinin hərbi büdcəsini 260 milyard dollara çatdıracağını qeyd edib.

скачать dle 12.1

Şərhlər