SON DƏQİQƏ
» » “Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır

Tarix:

26-02-2019, 11:25

/ 10 331 dəfə oxundu.
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar martın 4-dən 27-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. 

 

GunAz.az-ın məlumatına görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Ehtiyat zabit hazırlığı kursu”na qəbul edilirlər.  

 

Ətraflı məlumatı nazirliyin saytından ala bilərsiz. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ