SON DƏQİQƏ
» » Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar

Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar

Tarix:

2-05-2019, 13:19

/ 234 dəfə oxundu.
Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar

Çindən olan zəngin bir cütlük qızlarının ABŞ-ın nüfuzlu Stenford Universitetinə daxil olması üçün 6,5 milyon dollar rüşvət verib.

Bu haqda “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Abituriyentin valideynləri sözügedən məbləği ali təhsil ocağına qəbul və konsaltinq xidmətləri həyata keçirən kommersiya təşkilatının hesabına keçirib.

Qızın prestijli təhsil ocağında qeydiyyata alınması üçün şirkətin təsisçisi Uilyam Sinqer sənədləri saxtalaşdıraraq, abituriyentin yelkənli qayıqsürmədə möhtəşəm nəticələrinin olduğunu göstərib.

Sinqer qəbul rəsmiləşdikdən sonra universitet yaxtsmentləri komandasının məşqçisinə yalanı ört-basdır etmək məqsədilə 500 min dollar verib.

Vasitəçilik edən şirkətə qarşı artıq cinayət işi açılıb. Faktla bağlı araşdırma gedir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ