SON DƏQİQƏ
» » Kərə yağı niyə bahalaşır? – İqtisadçı açıqladı

Kərə yağı niyə bahalaşır? – İqtisadçı açıqladı

Tarix:

10-06-2018, 11:20

/ 10 301 dəfə oxundu.
Kərə yağı niyə bahalaşır? – İqtisadçı açıqladı

Ötən ay mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib. Lakin kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. 
İqtisadçı qeyd edib ki, bahalaşmaya baxmayaraq, ötən ilin dekabrın 7-dən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirilib:

“Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, rüsumun dərəcəsi 3 dəfə endirilsə də kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil başqa səbəblərlə bağlıdır”.

Qubad İbadoğlu qeyd edib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur: “Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarl bölüşdürən bir neçə şirkətin oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ