SON DƏQİQƏ

Kərə yağı ucuzlaşır - Sabahdan

Tarix:

7-12-2017, 10:58

/ 886 dəfə oxundu.
Kərə yağı ucuzlaşır - Sabahdan

Sabahdan Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılacaq.

Gunaz.az xəbər verir ki, 7 noyabr 2017-ci ildə dərc edilən qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135,7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123,9 min dollar olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11,8 min dollar fərq yaradacaq. Bu da növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər.

Qeyd edək ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib. Yeni qərarda da 2019-cu il dekabrın 31-dək kərə yağı və digər süddən hazırlanmış yağlara 5 faiz idxal gömrük rüsumu tətbiq edilməsi əksini tapıb. 2019-cu il dekabrın 31-dən sonra kərə yağı və digər süddən hazırlanmış yağlara yenə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ