SON DƏQİQƏ

Kərə yağının qiyməti yenidən bahalaşdı

Tarix:

13-04-2018, 11:30

/ 10 448 dəfə oxundu.
Kərə yağının qiyməti yenidən bahalaşdı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 20 mln. 692,17 min ABŞ dolları dəyərində 3 479,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Gunaz.az xəbər verir ki, ötən ilin müvafiq dövründə bu rəqəm 13 milyon 504.97 min dollar təşkil edib.

Qeyd edək ki, həcm baxımından 2018-ci ildə 2017-ci ilin üç ilə müqayisədə kərə yağının idxalı 197,43 ton az olub.

Belə ki, 2018-ci ildə 3 479.88 ton, 2017-ci ildə 3 677.31 ton  kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Göründüyü kimi, həcmdə 5% azalma olsa da, məbləğ baxımından isə illik nisbətdə 7 mln. 187,2 min dollar və ya 53,22% artım var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ