SON DƏQİQƏ

Azərbaycanda işaxtaranların sayında azalma

Tarix:

6-03-2018, 14:59

/ 10 261 dəfə oxundu.
Azərbaycanda işaxtaranların sayında azalma

2017-ci ildə Məşğulluq Xidməti orqanlarında 118,5 min nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 47,9 min nəfəri münasib işlə təmin olunub.

Gunaz.az məlumat verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Qeyd olunub ki, hesabat dövründə 1156 nəfər haqqı ödənilən ictimai işlərə, 3561 nəfər isə peşə hazırlıq kurslarına cəlb olunub, 13008 nəfərə isə işsiz status verilib. Ötən il 14835 nəfərə işsizlik müavinəti təyin edilib.

Hesabata əsasən, 2016-cı illə müqayisədə qeydiyyatda olan işaxtaranların sayı əhəmiyyətli dərəcədə azalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ