SON DƏQİQƏ

Azərbaycana gələn turistlərin sayında ARTIM

Tarix:

5-03-2018, 15:01

/ 10 315 dəfə oxundu.
Azərbaycana gələn turistlərin sayında ARTIM

2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 447972 (19,9 faiz) nəfər artaraq, 2696745 nəfər olub ki, bu da indiyə qədər müşahidə olunan ən yüksək göstəricidir.

Gunaz.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, turistlərdən 854331 Rusiya Federasiyası, 538213 Gürcüstan, 363528 İran, 301924 Türkiyə, 102498 Birləşmiş Ərəb Əmirlikləri, 62547 İraq, 57818 Ukrayna, 33312 Səudiyyə Ərəbistanı, 382574 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Hesabat dövründə ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı 563-ə, turizm və turizmə uyğun sahələrdə çalışan işçilərin sayı isə 43477-yə çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ