SON DƏQİQƏ
» » İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq?

İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq?

Tarix:

4-05-2026, 10:51

/ 4 099 dəfə oxundu.
İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq?

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki ortaaylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırıldı".
GunAz.az
xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur".
скачать dle 12.1

Şərhlər