SON DƏQİQƏ

Əməkdar artist cəzalandı

Tarix:

30-05-2025, 22:13

/ 3 380 dəfə oxundu.
Əməkdar artist cəzalandı

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a teatrın Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunmaqla yanaşı, töhmət də alıb.
Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün xalq artisti Əli Nur əməkdar artist Füzuli Hüseynovun cəzalandırılmamasından əsəbiləşərək, hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlamışdı.
скачать dle 12.1

Şərhlər