SON DƏQİQƏ

Əməkdar artist vəfat etdi

Tarix:

12-04-2024, 21:02

/ 1 527 dəfə oxundu.
Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti Namis Şirməmmədov vəfat edib.
GunAz.az xəbər verir ki, aktyor bu gün 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
N.Şirməmmədov daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ