SON DƏQİQƏ
» » Azdramda dava nəyin üstündə düşüb? - Açıqlama

Azdramda dava nəyin üstündə düşüb? - Açıqlama

Tarix:

8-04-2025, 13:32

/ 3 306 dəfə oxundu.
Azdramda dava nəyin üstündə düşüb? - Açıqlama

Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi ilə bağlı iki aktyor arasında müəyyən fikir ayrılığı və gərginlik yaşanıb.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.
Onun sözlərinə görə, hadisə tamaşanın afişası, rejissorun səhnə işinə yanaşması və aktyor oyunu ilə bağlı yaradıcı məsələlərin müzakirəsi zamanı baş verib:
“Fikir ayrılığı sırf yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarı ilə davam edir. Eyni anda üç tamaşanın məşqi aparılır. Hüquq-mühafizə orqanlarına hər hansı müraciət faktı qeydə alınmayıb”.
Qeyd edək ki, bundan öncə teatrın Bədii Şurasının iclasında xalq artisti Əli Nurun çıxışının davaya səbəb olduğu xəbərləri yayılıb.
скачать dle 12.1

Şərhlər