QAN YADDAŞIMIZ,
1992-ci il. Bu tarix o dövrdə uşaqlı, böyüklü hər kəs ən qanlı hadisələrin şahidi olduğu ağır illərdən biri idi. 1992-ci ilin əvvəlində dəhşətli Xocalı faciəsi və sonra da torpaqlarımızın işğal günlərinin başladığı tarix idi 1992-ci il, iqtisadi və siyasi xaosun qurbanına çevrilən vətən torpaqları bir-bir işğal olunurdu.

Köməksiz və gücsüz vəziyyətə salınmış ölkəmiz düşmənin güclü havadarlarının köməyi ilə qanlı müharibəyə sürüklənmişdi. hərbi yardımlar və maddi dəstəklər hesabına hər gün güclənən erməni terrorçuları 8 may 1992-ci ildə Şuşanı işğal etdilər. Şuşa şəhərinin itirilməsi həm ordumuzda, həm də xalq arasında dərin bir sarsıntıya səbəb oldu. Ən az 5-6 dövlətdən hər cür dəstək görən terrorçuların güc baxımından üstün olduğu acı etiraflarala dilə gəldi. 1992-inci ilin may ayının 18-i sübh tezdən düşmən ordusu Laçın istiqamətində şiddətli hücuma başladı, həmin gün planlı şəkildə bu işğallardan, qətliamlardan diqqəti yayındırmaq üçün rus və erməni silahlı birləşmələri məqsədli şəkildə Naxçıvan istiqamətindən də hücuma keçdilər. Düşmənin əsas planı ildırım sürəti ilə Sədərək rayonunun işğal etmək, və Türkiyə ilə yeganə quru sərhəddini ləğv etmək, ən əsası da Xocalı soyqırımının qisası üçün Naxçıvanda xüsusi yaradılmış Xankəndi alayının Zəngəzur istiqamətindən başladacağı hücumun qarşısını almaq idi.
May ayının 18-i sübh tezdən eyni vaxtda Laçın, Culfa, Ordubad, Şahbuz və Sədərək rayonları düşmənin bütün silahlarla tam təchiz olunmuş ordularının hücumuna məruz qaldı. yenicə müstəqil olan dövlətimizin ordusu da yeni yaranmışdı. Silah sursat və maddi təminat sarıdan çətinlik bütün cəbhə xəttində aydın hiss olunurdu.
Sədərək rayonu və kəndləri şiddətli top və qrad mərmiləri ilə aramsız atəşə tutuldu bütün istiqamətdə hücuma keçən düşmən ordusu Qurd Baba yüksəkliyindən Arazdəyənə qədər bütün qarşı mövqeləri, evləri, məktəbləri, xəstəxana və iaşə binalarını bir-bir toplarla və raketlərlə dağıtmağa başladılar. Hər yerdə üstünlük düşmən əlində idi, Zamanla hiylə ilə ələ keçirdikləri doğma yerlərimizdən, Xosrov qoruğu, Qızıldaş yüksəkliyi, Qırmızılıq, və digər yüksək dağlıq mövqelərdən ovuc içi kimi görünən Sədərək rayonunun bütün hər yeri şiddətlə bombalanmağa başladı.
Əhali arasında qorxmaq və təvşiş yaratmaq istəyən terrorçular bu istəklərinə çata bilmədi. bütün Naxçıvan əhalisi ayağa qalxıb bölgənin müdafiəsinə qalxdılar.

Ulu öndər Heydər Əliyev Sədərək rayonunun strateji əhəmiyyətini gözəl bildiyi üçün Sədərəyə Naxçıvanın qeyrət qalası adını vermişdi bu ad Sədərəyin müdafiəsinə qalxan hər kəsin dilində şüar oldu. Ağır döyüşlər gedirdi, hər dəqiqə şəhid xəbərləri gəlirdi ən ağır xəbər Mil postundan gəldi. Bu postda Köməksiz qalan döyüşçülərimiz son güllələrinə qədər atışmadan sonra əlbəyaxa döyüşə girmiş qəhrəmanlıqla şəhid olmuşdular. Erməni ordusu bu əbədi qəhrəmanlarımızı əsir götürmək istəsə də mümkün olmamışdı. Onların bu qəhrəmanlıqları uşaqdan böyüyə hər kəsdə böyük ruh yüksəkliyi yaratmışdı, bu igidlərimizin sayəsində Sədərək rayonunun işğalının qarşısı alınmışdı.
Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edildi, işğala məruz qalan bütün yüksəkliklər azad edildi, Sədərəyin müdafiəsi gücləndirildi. Silah sursat baxımından düşmən nə qədər güclü olsa da ordumuzun və xalqımızın əzəməti qarşısında aciz qalan terrorçular sonrakı günlərdə də dəfələrlə ağır silahlarla hətta vertolyot və tanklarla, zirehli maşınlarla hücuma keçsələr də yenə ağır itkilər verərək geri çəkilməyə məcbur oldular. Sədərək bu gün də Ulu öndərimizin dediyi kimi Naxçıvanın Qeyrət Qalası, alınmaz qalasıdır.
2020-inci il ikinci Qarabağ müharibəsindəki qəti qələbəmizlə vətən torpaqları azad olundu təqvimimizə bir şanlı daha əlavə olundu Zəfər Günü tarixi. Cənab prezident, Ali baş komandan İlham Əliyevin Qarabağ Azərbaycandır sözü də ümumixalq şüarına çevrildi ölkəmiz dünyada haqq ədalətin öz yerininin tapmağında göstərdiyi qətiyyətlə örnək oldu.

Sənan QACAR