
Aqil Quliyev AzTV-nin kadrlar və xüsusi işlər Departamentinin rəhbəri təyin olunub.
AvroMedia.az xəbər verir ki , Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və “Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.
Həmçinin AMEA-nın Hüquq və İnsan haqları institutu publik hüquqi şəxsin direktor köməkçisi işləyib.
AzTV-nin mətbuat xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlarda belə bir təyinatla bağlı məlumat yoxdur:
“Bizə belə bir informasiya verilməyib”, – deyə qurumdan vurğulanıb.