SON DƏQİQƏ

Azərbaycanda evlənənlər artıb

Tarix:

16-04-2025, 08:00

/ 3 312 dəfə oxundu.
Azərbaycanda evlənənlər artıb

2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb.
GunAz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
скачать dle 12.1

Şərhlər