
Gunaz.az xəbər verir ki, Abşeron rayon Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda qəza baş verib.
Yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi ərazidə təmir-bərpa işləri aparır.
Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart 2025 ci il tarixdə saat 22:00 dan 22 mart saat 06:00- a qədər dayandırılır.
Müvəqqəti narahatlığa görə, Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi əhalidən üzr istəyir.