
Qədr gecələrində yerinə yetirilməsi tövsiyə edilən əməllər:
1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır).
2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq).
3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə “Fatihə” surəsindən sonra 7 dəfə “İxlas” surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək (“Əstəğfirüllahə və ətubü ileyh”) tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.
4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: “Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar”.
Tərcüməsi: “İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər.
5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar: