
Ali məhkəmənin Mülki Kollegiyasının qərarına əsasən, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl- zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa qızıl-zinət əşyalarını əldə etmə sonradan aradan qalxmış əsasa söykəndiyi üçün bu əsassız varlanma hesab olunur və Mülki Məcəlləyə əsasən, əsassız varlanmış şəxsin əmlakı geri qaytarmaq vəzifəsi yaranır.