
Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halı qeydə alınıb.
GunAz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Dağlıq Şirvan (5,6), Qarabağ (5,5), Mil-Muğan (5,4), Lənkəran-Astara (5,1), Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.
































