SON DƏQİQƏ

Qəhrəman stüardessanın anım günündə

Tarix:

10-02-2025, 14:13

/ 4 154 dəfə oxundu.
Qəhrəman stüardessanın anım günündə

Bakıdan Qroznıya uçan təyyarəmiz  Rusiya torpağında raketdən atılan mərminin zərbəsindən müvazinətini itirmiş , təyyarənin səriştəli  kapitanı və pilotumuz  təyyarəni Qazaxıstan torpağında yerə endirməyə məcbur olmuşdur .
GunAz.az xəbər verir ki, rus dispeçerlərinin  məqsədi sərnişin dolu  təyyarəmizi Xəzərin dərinliklərində batırmaqla cinayətin üstünü örtməyə çalışsalar da  pilotlarımız son anda   təyyarəni yerə  endirməyə nail  olmuşlar.
39 nəfər həlak olsa da , 28 nəfərin həyatını xilas etmək mümkün olmuşdur.
Stüardessa Hökumə Əliyeva son dəqiqələrdə öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və sərnişinləri  təlimata uyğun  sakit  olmağa    çağırmışdır.
Əslən Kəlbəcər rayonundan olan Hökumə Əliyeva, təyyarənin  komandiri və  pilotumuz  Prezidentin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Fevralın 6- da Hökumə Əliyevanın 40 mərasimi keçirilmişdir .
Bir qrup Vətən müharibəsi iştirakçıları , qazilərimiz  və  veteranlarımızla  birlikdə Fəxri xiyabanda  uyuyan Hökumə Əliyevanın məzarını  ziyarət etdik , cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dualar oxundu.
Sonra tədbir iştirakçıları Heydər Məscidinə   gələrək Vətənin qəhrəman qızı Hökumə Əliyevanın 40 mərasimində iştirak etdilər.

Vətən müharibəsi qazilərimiz-  İsa Zakir oğlu Musayev , Mübariz Qənimət oğlu Səfərov,  Elşad İslam oğlu Musayev, Azər Aydın oğlu Əsgərov, Sahib Nail oğlu Əsgərov, Nəriman Lətif oğlu Vəliyev, İsmayıl Həbib oğlu Veyisov , Şəhid qardaşı Elməddin Heydər oğlu Nəbiyev, Ənvər Məmmədov, ilahiyyatçılardan  Seyidqasım  Mircəfər oğlu Məmmədov, Hamlet Rzayev , Rəşad Əhmədov  və bu sətirlərin müəllifi vətənin mərd qızının  atasına, həyat yoldaşına və doğmalarına
baş sağlığı verərək kədərləndiklərimizi  bildirdik.
Məclisdə  Nazirlər kabinetinin məsul işçisi Qurban Sadıqov,  Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Kəlbəcər camaatı üçün xeyirxah işlər görmüş  nazir müavini Cavid Qurbanov, Kəlbəcər rayon YAP sədri Həbib Misirov , " Ozan"  verilişinin aparıcısı , filoloq  Qorxmaz Tofiqoğlu   , el sənətkarı Aşıq Ədalət və digər məsul şəxslər də iştirak etdilər.
Çox təəssüflər olsun ki, nə bir deputatı, nə bir naziri bu məclisdə görə bilmədik .
Şeyxülislam Allahşükür Paşazadəni isə  bir şəhid məclisində heç görən olubmu?
Havanın soyuq olmasına baxmayaraq Vətənin mərd qızı Hökumə Əliyevanın anım günündə iştirak edənlər vətəninin ən qeyrətli,  mübariz , mərd
övladlarıdır.
Ruhunuz şad olsun Şəhidlərimiz !
Bütün şəhid məclislərində fəal iştirak edən qazimiz İsa Zakir oğlu Musayevin təklifi ilə xatirə şəkli çəkdirdik.


Rauf İLYASOGLU 
скачать dle 12.1

Şərhlər