SON DƏQİQƏ

Xalq artistindən ÜZÜCÜ XƏBƏR

Tarix:

25-01-2025, 22:31

/ 3 527 dəfə oxundu.
Xalq artistindən ÜZÜCÜ XƏBƏR

Rusiyanın 85 yaşlı Xalq artisti Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub.
Həkimlər Polskixə xəstəxanaya yerləşdirilməyi və terapiya kursuna başlamasını tövsiyə ediblər.
Bundan əvvəl aktrisa ağciyərləri ilə bağlı problemlər səbəbindən müalicə olunub və ona pnevmofibroz diaqnozu qoyulub. Mütəxəssislər bu xəstəliyin onun keçirdiyi pnevmoniya nəticəsində yarandığını ehtimal edirlər. Qalina Polskixin meneceri bildirib ki, aktrisa hazırda evdədir və stasionar müalicəyə başlamayıb.
Qalina Polskix karyerasına “Vəhşi it Dinqo” filmi ilə başlayıb və bu illər ərzində “Moskva ilə addımlayıram”, “Rusca sevmək”, “Kölgələr günorta itir” daxil olmaqla, 170-dən çox filmdə yaddaqalan obrazlar yaradıb.//Musavat.com
скачать dle 12.1

Şərhlər