
Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən qürurlu günlərdən biri – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün hər gün,hər ay və hər il bir amal olmalıdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının birliyinin, bölünməzliyinin simvolu olan Həmrəylik Günü çoxmilyonlu soydaşlarımız tərəfindən 30 ildən çoxdur ki, coşğulu dövlət bayramı kimi qeyd edilir.