Qaz paylayıcısının işçiləri istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya elektron kommunikasiya vasitələri ilə bildiriş göndərməklə ildə bir dəfə ( hər il noyabrın 1-dək) müayinə ( texniki baxış) keçirilməsini təmin etməli, iki nüsxədə müayinə aktını istehlakçının ( və ya onun səlahiyyətli nümayəndəsinin, ya da yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini ona təqdim etməlidir.
Qaz paylayıcısı tərəfindən müayinə (texniki baxış) ödənişsiz həyata keçirilir. İstehlakçı müayinə (texniki baxış) keçirilməsinə maneə törətməməli, buna şərait yaratmalıdır. "Azəriqaz" İB tərəfindən aşkarlanan nöqsan ilə razı olmadığınız təqdirdə, eləcə də əsassız yazılan qaz borcunuza görə həmin quruma şikayət ünvanlaya bilərsiniz. Şikayətə müsbət cavab almadığınız təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnuz var. İstehlakçı hüquqlarının pozulmasına görə verilən iddialar üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar.