SON DƏQİQƏ

Qarabağa gələn hücum dayanmayacaq

Tarix:

5-12-2024, 08:10

/ 2 186 dəfə oxundu.
Qarabağa gələn hücum dayanmayacaq

Ermənistana hücumun legitimliyi aradan qaldırılıb.
GunAz.az xəbər verir ki, bunu dekabrın 4-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Müharibədən sonra elə bir vəziyyət yarandı ki, biz hər dəqiqə gözləyirdik ki, Qarabağa gələn hücum dayanmayacaq. 2021-ci il seçkiləri zamanı buna cəhdlər olub. Biz bunu necə dayandırdıq? Biz bunu Xarici İşlər Nazirliyimiz, parlament diplomatiyamız, AŞPA-dakı qrupumuz sayəsində dayandırdıq”, – Simonyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın əməkdaşlıq etmədiyi ölkələrlə əməkdaşlıq edib.
“Və biz bu gün həmin ölkələrlə işləyirik ki, əleyhimizə işləməsinlər”, – deyə spiker yekunlaşdırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ