SON DƏQİQƏ

Dəmiryol vağzallarında YENİLİK

Tarix:

1-11-2024, 15:28

/ 3 397 dəfə oxundu.
Dəmiryol vağzallarında YENİLİK

Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.
GunAz.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Belə ki, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 27 min sərnişin istifadə edir. Statistikaya əsasən, 2023-cü ildə bu stansiyadan istifadə edən sərnişinlərin sayı 4 702 764 min nəfər olub. 2024-cü ilin on ayında bu rəqəm 4 420 941 nəfər təşkil edib.
Bakı Dəmiryol Vağzalında keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 756 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 972 nəfərə yüksəlib.
Koroğlu dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.
Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. Statistik göstəricilərə əsasən, 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.
скачать dle 12.1

Şərhlər