SON DƏQİQƏ

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Tarix:

22-10-2024, 12:00

/ 3 353 dəfə oxundu.
İlham Əliyevdən COP29-la bağlı açıqlama

COP29-a hazırlıq işləri artıq son mərhələdədir.
GunAz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir.
Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.


скачать dle 12.1

Şərhlər