SON DƏQİQƏ
» » Dağlıq rayonlarda leysan xarakterli yağış yağdı

Dağlıq rayonlarda leysan xarakterli yağış yağdı

Tarix:

29-06-2024, 11:03

/ 3 415 dəfə oxundu.
Dağlıq rayonlarda leysan xarakterli yağış yağdı

İyunun 29-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.
Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ