SON DƏQİQƏ

Azərbaycanda faktiki hava açıqlandı

Tarix:

18-06-2024, 10:44

/ 2 857 dəfə oxundu.
Azərbaycanda faktiki hava açıqlandı

İyunun 18-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.скачать dle 12.1

Şərhlər